Elçin Əsədov “Tour of Albania”da 2-ci oldu

Elçin Əsədov “Tour of Albania”da 2-ci oldu

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. 

Azərbaycan Velosiped Federasiyasından Fanat.Az-a verilən məlumata görə, turnirdə mübarizə aparan Elit/U23 yığma komandamızın kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

E.Əsədov bu nəticə ilə ümumi təsnifatda 5-ci pillədə yer alıb və bununla da ölkə reytinqimizə daha 15 xal qazandırıb. Millimizin kapitanı həmçinin ən yaxşı sprinterlərin mübarizəsində 77 xalla 3-cü olub.

Qeyd edək ki, E.Əsədov yarışın 1-ci, 2-ci və 3 mərhələlərini ilk "onluq"da tamamlayıb.

Sonuncu mərhələdə finiş xəttini 12-ci keçən yığma komandamızın digər üzvü Musa Mikayılzadə ümumi təsnifatda  12-ci nəticə göstərib.

Xatırladaq ki, yarışda ölkəmizi baş məşqçi Asif Həsənovun rəhbərliyi altında Elit/U23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər