Viktoriya Sidorenko Çində uğurlu nəticə göstərib

Viktoriya Sidorenko Çində uğurlu nəticə göstərib

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində "Pardus MK Women"s Cycling Team" komandasının heyətində "Xinjiang Production and Construction Corps" beynəlxalq turnirində uğurla çıxış edib.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

İkigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan idmançı növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.

Qeyd edək ki, V.Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər