"Matçın hesabı meydanda baş verənləri əks etdirmir".
Fanat.Az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı çalışdırıcı evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
O, meydanda iki fərqli hissə izlədiyini bildirib: "Əlbəttə, qələbəyə layiq idik. Rəqib yaxşı təşkil olunmuş komandadadır. Futbolçularıma sərgilədikləri xarakterə görə təşəkkür edirəm. Sonadək vuruşdular. İki fərqli hissə izlədiyik. İlk yarıda hər iki tərəf daha sakit oynadı. Məşqlərdə çox iş görürük. İnanıram ki, yaxın vaxtlarda 90 dəqiqə sabit oynayacağıq. Amma bunu hər zaman etmək olmur. Çünki rəqiblərin aqressiv oyunu da çıxışımıza təsir edir".