EJU Hidayət Heydərovdan nə yazdı?

EJU Hidayət Heydərovdan nə yazdı?

"Hidayət Heydərov 73 kq çəki dərəcəsində Azərbaycan komandasının lideri kimi özünü təsdiqləyib".

Fanat.Az xəbər verir ki, bu fikirlər Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında 7-14 mayda Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatı barədə yayımlanan yazıda əksini tapıb.

"O, hazırda dünya çempionu monqolustanlı Tsend-Oçir Tsoqtbaatardan sonra reytinqdə ikinci yerdə qərarlaşıb. Demək olar ki, bu kateqoriyada zəif idmançı yoxdur, bu da çempionatın maraqlı və gözlənilməz hadisələr ilə dolu olacağını vəd edir" - deyə, qurum qeyd edib.

Qeyd edək ki, Azərbaycan mundialda 13 (9 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər