Əhmədiyev Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

Əhmədiyev Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Aleksandar Styepanetiçdən (İsveç) güclü olub.

O, rəqibini vaxtından əvvəl üstələyib – 10:0.

Daha əvvəl Beka Kandelaki (130 kq) və Nihat Məmmədli (60 kq) qələbə qazanıblar, İslam Abbasov (87 kq) isə məğlub olub.

Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər