Əfsanələrin dueli baş tutacaqmı? - Təfərrüat

Əfsanələrin dueli baş tutacaqmı? - Təfərrüat

İngiltərə futbolunun canlı əfsanəsi, "Reyncers"in baş məşqçisi Stiven Cerrardın "Aston Villa"ya mümkün keçidi barədə xəbər vermişdik.

İngiltərə millisinin digər əfsanəsi Frenk Lempardın isə adı "Norviç"ə keçiddə hallanır. 

Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis ilə" klub arasında danışıqlar davam edir. Kkeçidin baş tutmasında heç bir maneə yoxdur.

Hər iki mütəxəssisin sözügedən klublara anlaşacağı təqdirdə dünya futbol ictimaiyyəti  iki gənc əfsanənin duelini izləyə bilər. Belə ki, İPL çərçivəsində dekabr ayının 14-ü "Norviç" öz meydanında "Aston Villa"nı qəbul edəcək. Bu komandalar arasında ikinci qarşılaşma isə 2022-ci il aprel ayının 30-u baş tutacaq. 

Qeyd edək ki, hər iki klub zəif çıxışa görə baş məşqçilərini istefaya göndərib. XI turdan sonra "Aston Villa" 10 xalla 16-cı, "Norviç" isə 5 xalla sonuncudur - 20.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər