Edqar Davids Niderland millisində

Edqar Davids Niderland millisində

Niderland millisinin baş məşqçisi Lui van Qal veteran futbolçu Edqar Davidsin onun məşqçilər heyətinə qoşulmasını şərh edib.

Fanat.Az xəbər verir ki, "football-oranje" saytı 70 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Edqar Davidsin texniki heyətimizə qoşulmağına şadam. Mən Edqardan milli komandada ikinci köməkçim olmaq istəyib-istəmədiyini soruşdum. Keçmişdə yollarımız mütəmadi olaraq kəsişib. Əminəm ki, bu rolda bəzilərindən üstün olacaq. Digər keyfiyyətləri ilə yanaşı futbolçular onun milli komanda oyunçu kimi dörd beynəlxalq turnir təcrübəsindən tam yararlana bilərlər”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər