Eden Hazar üçün ən keçilməz müdafiəçi kimdir? - Özü dedi

Eden Hazar üçün ən keçilməz müdafiəçi kimdir? - Özü dedi

"Real Madrid"in belçikalı hücumçusu Eden Hazar İngiltərə Premyer Liqasında hansı futbolçuya qarşı oynamağın ən çətin olduğu barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, ESPN GB saytı ulduz futbolçunun dediklərini belə çatdırıb:

“Mənim üçün ən çətini Kayl Uokerə qarşı oynamaq idi. O, məndən güclü və sürətlidir. Kaylı məğlub etmək çətin idi".

Hazar 2012-2019-cu illərdə "Çelsi"də çıxış edib. Belçika millisinin ulduzu London klubunun heyətində bütün yarışlarda 352 oyun keçirib, 110 qol vurub, 92 məhsuldar ötürmə edib. 

Hazar 2019-cu ildə 115 milyon avroya "Real Madrid"ə transfer olunub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər