"Düşünürdüm ki, "Bayern"i saxlamaq mümkün olmayacaq, amma..."

"Düşünürdüm ki, "Bayern"i saxlamaq mümkün olmayacaq, amma..."

"Bayern Münhen"in yarımmüdafiəçisi Tomas Müller komandasının bu mövsüm Çempionlar Liqasının qalibi olmaq perspektivindən danışıb.

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun dediklərini belə çatdırıb:

"Çempionlar Liqasının bir neçə favoriti var. Açığı, 2020-ci ildəki qələbəmizdən sonra düşünürdüm ki, yaxın iki-üç ildə "Bayern"i saxlamaq mümkün olmayacaq, amma əksini gördük. Əlbəttə, indi işlərimiz qaydasındadır, amma bu, ÇL-i qazanmaq üçün kifayət deyil. Daha çox şey tələb olunur".

Xatırladaq ki, 34 yaşlı Müller Münhen təmsilçisinin yetirməsidir. O, 2009-cu ildən klubun əsas komandasında çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər