Dünya reytinqinin keçmiş "bir nömrə"si ilk qələbəsini qazandı - Karyerasını bərpa etdikdən sonra

Dünya reytinqinin keçmiş "bir nömrə"si ilk qələbəsini qazandı - Karyerasını bərpa etdikdən sonra
Sabiq dünya "bir nömrə"si Kim Klaysters WTT peşəkar liqasındakı ilk matçından qalib ayrılıb.
Fanat.Az xəbər verir ki, belçikalı raketka ustası WTA reytinqinin 60-cısı Bernarda Peranı məğlub edib. Bu, Klaystersin karyerasını bərpa etdikdən sonra qazandığı ilk qələbədi.
Qeyd edək ki, 37 yaşlı tennisçi fevralda yenidən tennisə qayıtmışdı. O, 4 dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər