Dünya çempionumuzdan asan qələbə

Dünya çempionumuzdan asan qələbə

Yanvarın 11-də kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.

Fanat.Az federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 komandanın 100 idmançısının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub.

Görüşlərdən öncə Vətən müharibəsi şəhidləri və Azərbaycan boksunun inkişafında xidmətləri olan Tofiq Babanlının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Ardınca 63,5, 67 və 71 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığmanın aparıcı üzvü Cavid Çələbiyev ilk döyüşündə asan qələbə qazanıb. Dünya çempionu rəqibini tam üstünlüklə məğlub edib.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən ölkə çempionatına yanvarın 15-də yekun vurulacaq. Yarışın ikinci gününün döyüşləri saat 15:00-da başlayacaq.

Azərbaycan çempionatı I günün nəticələri

63,5 kq Malik Həsənov (“Neftçi” İK) – Cavidan Sərkərli (Qəbələ) – ikinci döyüşə gəlməyib Ramil Məmmədzadə (Sumqayıt) – Sərxan Qurbanzadə (“Qızıl Əlcək” İK) – birinci tam üstünlüklə qələbə qazanıb Cəlal Qurbanov (“Səbail” İK) – Miradam İbrahimov (Biləsuvar) – 4:1 Şamil Həbibov (DİN İK) – Bəxtiyar Qazıbəyov (DİN İK) – 1:4

67 kq Cavid Çələbiyev (“Qəbələ” İK) – Nicat Əliheydərov (“Naxçıvan” İK) – birinci tam üstünlüklə qələbə qazanıb Pərvin Heydərov (“Qızıl Əlcək” İK) – Etibar Cavadov (“Məhsul” İC) – ikinci döyüşə gəlməyib Rəhman Quliyev (Gəncə) – Elmir Novruzov (Sumqayıt) – 4:1 Ümid Ağayev (BFL) – Xanbala Qurbanov (BFL) – 0:5 Turan Quluzadə (“Qızıl əlcək” İK) – Elməddin İsmayılov (“Zenit” İK) – 0:5

71 kq Niyaməddin Allahverdiyev (Gəncə) – Ümid Hüseynli (Z-1 İK) – birinci tam üstünlüklə qələbə qazanıb Xəzər Əliyev (“Qəbələ” İK) – Fərid İsmayıllı (Qəbələ) – 4:1 Ruslan Məmmədov (“Kür” İK) – İqor Platonov (DGK İK) – 5:0 Səbuhi Abışov (MOİK) – Rəşid Həsənov (BFL) – ikinci tam üstünlüklə qalib gəlib Mirrahib Məmmədov (Sumqayıt) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 1:4 Şamil Allahverdiyev (Qəbələ) – Laçın Balakişiyev (DİN İK) – birinci döyüşə gəlməyib Qəşəm Məmmədov (“Sərhədçi” İK) – Nicat Həsənov (“Qızıl Əlcək” İK) – 0:5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər