DÇ: Sərbəst güləşçilərimiz rəqiblərini tanıdı

DÇ: Sərbəst güləşçilərimiz rəqiblərini tanıdı

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin rəqibləri müəyyənləşib.

57 kq Təsnifat: Əliabbas Rzazadə - Niklas Steşele (Almaniya)

61 kq Təsnifat: İntiqam Vəlizadə - Arman Eloyan (Fransa)

65 kq Təsnifat: Zirəddin Bayramov - Süleyman Karqbo (Sierra Leone)

70 kq Təsnifat: Murad Yevloyev - Denis Borohan (Ukrayna)

74 kq Təsnifat: Turan Bayramov - Vadim Kirilenko (Ukrayna)

79 kq Təsnifat: Əşrəf Aşırov - Batzul Damjin (Monqolustan)

86 kq Təsnifat: Abubakr Abakarov - Səccad Qulami (İran)

92 kq 1/8 final: Osman Nurməhəmmədov - Andrian Qrosul (Moldova)

97 kq 1/8 final: İslam İlyasov - Şamil Hacıəliyev (Rusiya)

Qeyd edək ki, sabah Əliabbas, Zirəddin, Murad, Əşrəf və İslam yarışa start verəcək. Noyabrın 6-da isə İntiqam, Turan, Abubakr və Osman mübarizəyə qoşulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər