DÇ: Samboçularımızın ilk rəqibləri məlum oldu

DÇ: Samboçularımızın ilk rəqibləri məlum oldu

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə sambo üzrə dünya çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, ötən gün yarışın püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, yarışda iştirak edəcək Azərbaycan samboçularının da ilk rəqibləri bəlli olub.

58 kq

1/8 final: Eyvaz Baxşıyev - Azat Amanbekov (Qırğızıstan)

64 kq

1/8 final: Mirfəttah Seyidəliyev - Erdenemiqmar Bekje (Monqolustan)

71 kq

1/8 final: Kamran Əsgərov - Yevgeni Sayapin (Belarus) / Kakageldi Yengebayev cütünün qalibi

79 kq

1/8 final: Abdulla Abdullayev - Uali Kurjyev (Rusiya)

88 kq

1/8 final: Ceyhun Hüseynov - Sadu Abubakar (Niger) / Tsimafey Yemelyanov (Belarus)

İlk yarış günündə Baxşıyevlə Seyidəliyev qüvvəsini sınayacaq. Digər 3 samboçu isə noyabrın 13-də mübarizəyə qoşulacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 14-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 231 000 ABŞ dollarıdır. Qaliblər 4 min, 2-ci yeri tutanlar 3 min, bürünc medalçılar isə 2 min dollar qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər