Dördqat Olimpiya mükafatçımızı mundialda kim əvəzləyəcək?

Dördqat Olimpiya mükafatçımızı mundialda kim əvəzləyəcək?

Azərbaycan qadın güləşi millisinin Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, yığma 10 çəki dərəcəsinin cəmi 4-ü üzrə güləşçi sifariş edib.

Dördqat Olimpiya mükafatçısı Mariya Stadnikin yoxluğunda ölkəmizi 50 kiloqram çəki dərəcəsində Türkan Nəsirova təmsil edəcək. Heyətə həmçinin Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolovanın (65 kq) adı daxil edilib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 2-dən 10-dək təşkil olunacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər