Donarumma bu gün tibbi mayinədən keçəcək

Donarumma bu gün tibbi mayinədən keçəcək
"Milan"ın qapıçısı Canluici Donarumma bu gün PSJ üçün tibbi müayinədən keçəcək.
Fanat.Az xəbər verir ki, bunu "Twitter"də tanınmış italiyalı jurnalist Nikolo Skira yazıb.
İnsayder Donarummanı tibbi yoxlanışdan keçirəcək həkimin artıq İtaliyada olduğunu, İtaliya millisinin Florensiyadakı düşərgəsinə yollandığını açıqlayıb.
Qeyd edək ki, "Milan"la olan müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq Donarumma PSJ ilə münasibətləri azad agent qismində rəsmiləşdirmək üzrədir.
İllik 12 milyon avro əməkhaqqı alacaq "çərçivə" qoruyucusu müddəti 2026-cı ilə qədər nəzərdə tutulan anlaşmaya imza atmağa hazırlaşır. 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər