Dollar İranı "vurdu": idmançıların və klubların ölkədən çıxışı qadağan edildi

Dollar İranı "vurdu": idmançıların və klubların ölkədən çıxışı qadağan edildi
İranda milli valyutanın kəskin ucuzlaşması idmana da təsir edib.
Fanat.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, xarici valyutanın sürətlə bahalaşmasından sonra İdman Nazirliyi federasiyalara məktub göndərərək vacib olmadıqca idmançıları xaricə göndərməməyi tapşırıb. Nazirlik həmçinin xaricdəki bütün toplanış və hazırlıq oyunlarının təxirə salınması təlimatını verib.
Federasiyalardan yeni müqaviə imzalamamağı istəyən nazirlik yeni işçi qəbulunu dayandırmağı da tapşırıb. 
Qeyd edək ki, ABŞ embarqosu ilə üzləşən İranda milli valyuta son aylarda sürətlə ucuzlaşır. Ötən gün 20 faizdən artıq dəyər itirən rial bütün zamanların ən aşağı səviyyəsinə düşüb. İlin əvvəlində valyuta məzənnəsi 43 min dollar/rial idisə, artıq 115 mini keçib. İran Mərkəzi Bankı ötən gecə açıqlama yayaraq baş verənləri "ölkə düşmənlərinin oyunu" adlandırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər