Dmitri Nazarovdan dubl, “Ersgebirge”dən qələbə

Dmitri Nazarovdan dubl, “Ersgebirge”dən qələbə

Futbol üzrə Almaniya 3-cü liqasında 26-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Essen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu penaltini dəqiq yerinə yetirən Dmitri vurub. O, 22 və 30-cu dəqiqələrdə fərqlənib.

“Ersgebirge” hazırda 33 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər