Dmitri Nazarov: "Beyl mənə forma dəyişdirməyi təklif etdi"

Dmitri Nazarov: "Beyl mənə forma dəyişdirməyi təklif etdi"
"Uelsdə öz qapımızda vurduğumuz da daxil olmaqla iki qəribə qol buraxaraq uduzduq. Bu, çox üzücü idi”.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində Uelsə səfərdə 1:2 hesablı məğlubiyyəti şərh edərkən tag24.de saytına deyib.
O, Uelslə matçdan sonra rəqib komandanın kapitanı Qaret Beyllə aralarında olan dialoqdan danışıb: "Görüşdən sonra Qaret Beyl mənə yaxınlaşdı, oyunumuzu yüksək qiymətləndirdi və soruşdu ki, forma dəyişdirmək istəyirəmmi".
Nazarov millinin bu gün Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyun haqda da danışıb: "Dövlət himni səslənəndə, tüklərim biz-biz olur. Çətin oyun olacaq. İkinci divizion oyunçusu olaraq Luka Modriç və ya İvan Perişiç ilə nə vaxt qarşılaşırsan ki?”
Xatırladaq ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya  matçı saat 20:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər