"Atletiko"nun hücumçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, prokuror Kosta üçün 6 aylıq həbs cəzası istəyib. Bununla yanaşı, ispan futbolçunun minimum 500 min avro dəyərində cərimələnəcəyi gözlənilir.
Məhkəmənin növbəti cümə axşamına təyin edildiyi bildirilir.
Bir il əvvəl Kosta 1 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunmuşdu.
Cari mövsümdə La Liqada 13 matçda meydana çıxan 31 yaşlı forvardın aktivində 2 qol, 1 məhsuldar ötürmə var.
Fanat.Az