"Roma"nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanından transfer təklifi alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Il Messaggero" yayıb.
"Əl-Hilal" 29 yaşlı ulduz futbolçuya dəvət göndərsə də, rədd cavabı alıb.
Argentinalı hazırkı komandada qalmaq niyyətindədir.
Dibala ötən mövsüm "Roma"nın heyətində 38 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun müqaviləsindəki sərbəst qalma bəndi 12 milyon avrodur. Forvardın "Roma"da illik maaşı 6 milyon avrodur.
Mirağa