Di Mariya sabiq klubuna qayıdır

Di Mariya sabiq klubuna qayıdır

Argentina millisinin futbolçusu Anxel Di Mariya karyerasını Portuqaliyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçisi sabiq klubu "Benfika"ya qayıtmaq fikrindədir. 

Məlumatı insayder Fabritsio Romano yayıb. O, tərəflər arasında 1 illik müqavilə imzalanacağını yazıb. 

Di Mariyanın keçidi "Benfika"ya pulsuz başa gələcək. Belə ki, "Yuventus"la müqaviləsi başa çatan vinger azad agent statusu daşıyır. 

Qeyd edək ki, Di Mariya 2007-2010-cu illərdə Lissabon klubunda çıxış edib. Bundan başqa  PSJ, “Real Madrid”,“Rosario Sentral” və “Mançester Yunayted” kimi klublarda da çıxış edib. O, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub.

Xatırıadaq ki, futbolçu 2022-ci ilin yayında “Yuventus”a keçmişdi. O, Turin təmsilçisində bütövlükdə 40 oyuna çıxıb, 8 qol və 7 asistlə yadda qalıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər