Topaz Premyer Liqasının 3-cü turunda "Neftçi"ni qəbul edən və 1:1 hesablı heç-heçəyə razılaşan "Qarabağ"ın hücumçusu Con Delarj matçdan sonra jurnalistlər önünə çıxıb.
Konqo millisinin forvardı oyun barədə qısa danışıb, ardından 4 suala cavab verib:
- Həqiqətən də yaxşı oyun oldu. Əsl böyük oyun idi. Daha artığını bacara bilərdik. Düşünürəm ki, yaxşı oynadıq. Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik.
- Bu oyun Azərbaycan derbisidir. Son olaraq, "Bursaspor"da çıxış etmisən. Bu matçı Türkiyə derbiləriylə müqayisə edərdin. - Müqayisələri sevmirəm. Derbi matçdı və əsas odur ki, oynadım.
- 90 dəqiqə oynamadı və əvəzləndin. Tam hazır deyilsən? - Necə hazır olmamaq olar? 87 dəqiqə mübarizə apardım. 25 futbolçumuz var və məşqçi hamıya şans verir.
- Avropa Liqasında "Şerif"lə cavab görüşü barədə nə düşünürsən? - Bizi həyati önəm daşıyan matç gözləyir. Bu oyunu unudub, Avropa Liqasına köklənməliyik. Qrup mərhələsinə düşmək üçün şansımızdan faydalanmalıyıq.
- "Neftçi"ni artıq tanıdın. Bu komanda "Qarabağ"la birgə çempionluq mübarizəsində mübarizə apara bilər? - İndidən bu haqda danışmaq çox tezdi. Hər komanda meydana qalib gəlmək məqsədiylə çıxır. Sonrasını zaman göstərəcək.
Fanat.Az