De Yonq Ten Haqın planlarını pozdu

De Yonq Ten Haqın planlarını pozdu

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın planlarını pozub. 

Fanat.Az xəbər verir ki, İngiltərə klubunun cəhdlərinə baxmayaraq, futbolçu "Kamp Nou"da qalmaq istədiyini bildirib. 

 25 yaşlı oyunçu gələn mövsüm "Barselona"da çıxış etmək niyyətindədir. O, mətbuata açıqlamasında  "Barselona"nın xəyallarının klubu olduğunu və burada uzun illər qalmaq istədiyini bildirib. 

Qeyd edək ki, De Yonqun klubu ilə müqaviləsi 2026-ci ilə qədərdir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər