De Byazidən DÇ-nin iki ildən bir keçirilmə təklifinə münasibət

De Byazidən DÇ-nin iki ildən bir keçirilmə təklifinə münasibət

Futbol üzrə milli komandamızın baş məşqçisi Canni De Byazi  dünya çempionatının iki ildən bir keçirilmə ideyasına münasibət bildirib. 

Fanat.Az xəbər verir ki,  "Extra Time" nəşrinə danışan italiyalı mütəxəssis deyib: 

"Bu ideyanın tamaşaçı baxımından nə qədər faydalı olacağını deyə bilmərəm. Oyunçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan sabit faydalana bilər və istirahət üçün də çox vaxt tapar. Bunun hər hansı mənfi təsirinin olmayacağını düşünmürəm".

Qeyd edək ki, FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger bütün milli komandaların baş məşqçiləri ilə dünya çempionatının iki ildən bir keçirilmə ideyasının müzakirə olunacağını açıqlanmışdı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər