Daşkənddə boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yeddinci yarış günündə Azərbaycan millisinin dörd idmançısı rinqə çıxacaq.
Bunlar Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Mirşərif Kazımzadə (75 kq) və Məhəmməd Abdullayevdir (+92 kq).
1/8 final 57 kq. Ümid Rüstəmov - Xavyer İbanyez (Bolqarıstan) 1/8 final +92 kq. Məhəmməd Abdullayev - Murad Kadi (Əlcəzair) 1/16 final 51 kq. Məsud Yusifzadə - M. Trindade (Braziliya) 75 kq. Mirşərif Kazımzadə - Salvatore Kavallaro (İtaliya)
Qeyd edək ki, daha əvvəl Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq) və Nəbi İsgəndərov (67 kq) görüşlərini qələbə ilə başa vurub. Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev və Eldar Quliyev (92 kq) isə çıxışlarını başa vurublar.