DÇ: Beydullayevadan növbəti qələbə, Qədimbəyli "sülh bağladı"

DÇ: Beydullayevadan növbəti qələbə, Qədimbəyli "sülh bağladı"

Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli və Gövhər Beydullayeva Sardiniyada (İtaliya) keçirilən gənclər arasında dünya çempionatında mübarizəni liderlər qrupunda davam etdirirlər.

Fanat.Az xəbər verir ki, Beydullayeva beşinci turda Yekaterina Qoltsevanı (FIDE) yenərək xalını 4,5-ə çatdırıb. O, hazırda lider Meruert Kemaledinovadan (Qazaxıstan) yalnız əlavə göstəricilərə görə geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Qədimbəyli isə Volodar Murzinlə (FIDE) heç-heçəyə razılaşıb. Aktivində 4 xalı olan şahmatçımız əlavə göstəricilərə görə sıralamaya başçılıq edir.

Üç xalı olan Ləman Hacıyeva 28-ci, 2 xal hasil edən Məhəmməd Muradlı 81-ci yerdədir.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər