David Alaba: "O, yeni çağırışı dəyərləndirməli idi"

David Alaba: "O, yeni çağırışı dəyərləndirməli idi"

"Real Madrid"in müdafiəçisi David Alaba braziliyalı yarımmüdafiəçi Kazemironun İspaniya nəhəngini "Mançester Yunayted"ə dəyişməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Goal" Avstriya millisinin üzvünün dediklərini belə çatdırıb:

"Bir il əvvəl mən də oxşar vəziyyətdəydim. Kazemiro ilə bu barədə söhbət etmişik. O, "Real"da 9 il keçirdikdən sonra yeni çağırışı dəyərləndirməli idi. Bütün ürəyimlə Kazemiroya hər şeyin ən yaxşısını arzulayıram".

Xatırladaq ki, Kazemiro avqustun 22-də MY-yə transfer olunub.  "Bayern Münhen"də 13 il keçirən Alaba isə azad agent qismində ötən yay "Real"a qoşulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər