Dani Alves Xaviyə ağız açacaq

Dani Alves Xaviyə ağız açacaq

"Barselona"nın müdafiəçisi Dani Alves klubdan ayrılmaq istəmir. 

Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 

Xəbərə görə, futbolçu ilin sonuna kimi Kataloniya təmsilçisində çıxış etmək arzusundadır. 

Onun yaxın günlərdə baş məşqçisi Xavi ilə danışacağı bildirilir. 

Qeyd edək ki, 39 yaşlı təcrübəli futbolçu bu ilin əvvəlində "Barselona"ya keçib və 14 oyunda meydana çıxıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər