"Daha Holandla üz-üzə gəlməklə bağlı narahatçılığım yoxdur"

"Daha Holandla üz-üzə gəlməklə bağlı narahatçılığım yoxdur"

"Mançester Siti"nin yeni futbolçusu Yoşko Qvardiol "şəhərlilər"in mətbuat xidmətinə ilk açıqlamasını verib.

Fanat.Az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi belə danışıb:

"Düzü, ötən mövsüm heç kim "Mançester Siti" ilə qarşılaşmaq istəmirdi. Təəssüf ki, sabiq klubum "Leyptsiq" də Çempionlar Liqasında "Siti" ilə üz-üzə gəldi. Bilirdik ki, çətin olacaq, amma gördüklərim məni təəccübləndirdi. "Siti" evdə oynayanda bunun başqa səviyyə olduğunu anladım. O vaxt başa düşdüm ki, bu komanda Çempionlar Liqasının qalibi olmağı haqq edir.

Erlinq Holanda gəlincə, onun ötən mövsüm komandası üçün nələr etdiyini hamımız bilirik. Şadam ki, hazırda komanda yoldaşımdır. Daha onunla rəqib kimi üz-üzə gəlməklə bağlı narahatçılığım yoxdur".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər