DÇ: Səid Mollayi və Elcan Hacıyev mübarizəyə qoşulur

DÇ: Səid Mollayi və Elcan Hacıyev mübarizəyə qoşulur

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq.

81 kiloqram çəki dərəcəsində yer alan cüdoçulardan Səid Mollayi mübarizəyə 1/16 finaldan qoşulacaq. İran millisinin heyətində 2018-ci ildə dünya çempionu, Monqolustan bayrağı altında Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı olan 30 yaşlı idmançı  bu mərhələdə Aleks Barto (Slovakiya) / Nikon Zaborosiç (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Elcan Hacıyev isə təsnifatda Laklan Murhedi (Böyük Britaniya) sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan mundialda 11 nəfərlə təmsil olunur. İlk üç yarış günündə mübarizə aparan 7 idmançımızdan yalnız Hidayət Heydərov medal qazanıb. 73 kiloqram çəki dərəcəsində yer alan cüdoçu bürünc mükafata sahib çıxıb. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər