DÇ: Millimiz neçənci oldu?

DÇ: Millimiz neçənci oldu?

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında sərbəst güləş yarışlarına yekun vurulub.

Fanat.Az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi mundialı 42 xalla komanda hesabında 8-ci yerdə tamamlayıb.

İlk yeri aktivinə 173 xal yazan Rusiya yığması tutub. ABŞ 168 xalla ikinci, 162 xal toplayan İran üçüncü olub. 

Qeyd edək ki, millimiz mundialda iki medal qazanıb. Bürünc mükafatlar Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədovun (92 kq) sayəsində əldə olunub. 70 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov isə yarışı beşinci sırada başa vurub.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər