FİFA 2034-cü ildə baş tutacaq futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, bu iddia "Daily Mail"ə məxsusdur.
Britaniya nəşrinin məlumatına görə, beynəlxalq futbol qurumu artıq seçimini müəyyənləşdirib: “Dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi məsələsi demək olar ki, həll olunub. Çox güman pul öz işini görüb. Bu qərar FİFA-ya milyardlar qazandıracaq”.
Qeyd edək ki, FİFA keçən həftə DÇ-2030-u İspaniya, Portuqaliya və Mərakeşə verildiyini açıqlayıb, 2034-cü il dünya çempionatının isə Asiya və ya Okeaniyada keçiriləcəyini vurğulayıb.
Mirağa