DÇ-2023: Bütün 1/4 finalçılar müəyyənləşdi

DÇ-2023: Bütün 1/4 finalçılar müəyyənləşdi

Qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün bütün 1/4 finalçıları müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, bu mərhələnin avqustun 11-də baş tutacaq ilk matçında İspaniya və Niderland yığmaları qarşılaşacaqlar.

Həmin gün bir qədər gec saatda Yaponiya İsveçlə münasibətlərinə aydınlıq gətirəcək.  Avqustun 12-də də iki görüş reallaşacaq. Öncə Avstraliya Fransa ilə üz-üzə gələcək, ardından İngiltərə və Kolumbiya yarımfinala vəsiqə uğrunda mücadilə edəcəklər. 

Qeyd edək ki, iyulun 20-də start götürən DÇ-2023 Avstraliya və Yeni Zelandiyada keçirilir. Turnir avqustun 20-nə qədər davam edəcək. Mundialın son qalibi ABŞ millisidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər