DÇ-2022-yə vəsiqə qazananların sayı 29-a çatdı - SİYAHI

DÇ-2022-yə vəsiqə qazananların sayı 29-a çatdı - SİYAHI

DÇ-2022-yə qatılacağı dəqiqləşən ölkələrin sayı 29-a çatıb.

Fanat.Az xəbər verir ki, son 3 vəsiqənin sahibi iyunda təşkil olunacaq pley-off qarşılaşmalarından sonra bilinəcək.

Qətərdə keçiriləcək mundiala birbaşa vəsiqə qazananların və pley-off mərhələsində çıxış edəcək yığmaların siyahısı belədir:

Avropa Vəsiqə qazananlar (12): Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə Pley-off oyunları. İyun Yarımfinal: Şotlandiya - Ukrayna Final: Uels - Şotlandiya / Ukrayna cütünün qalibi

Afrika Vəsiqə qazananlar (5): Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis

Asiya Vəsiqə qazananlar (5): Qətər (təşkilatçı ölkə), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Asiya pley-offu: 7 iyun. Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya Qitələrarası pley-off: 13/14 iyun: Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi - Peru

Cənubi Amerika Vəsiqə qazananlar (4): Argentina, Braziliya, Ekvador, Uruqvay Qitələrarası pley-off: 13/14 iyun. Peru - Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi

Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF) Vəsiqə qazananlar (3): Kanada, ABŞ, Meksika Qitələrarası pley-off: İyun. Kosta Rika - Yeni Zelandiya

Okeaniya Maksimum 1 komanda ilə təmsil olunacaq Final Qitələrarası pley-off: İyun. Yeni Zelandiya - Kosta Rika

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər