DÇ-2022: Şərhçilərimizin statistikası 

DÇ-2022: Şərhçilərimizin statistikası 

DÇ-2022-də artıq ilk tur arxada qalıb. Bu gün Qətərdə 2-ci turun oyunları start götürəcək. 

Fanat.Az Azərbaycanda İTV-də yayımlanan mundialın şərhçiləri ilə bağlı kiçik araşdırma aparıb. 

16 oyunu 8 aparıcı təqdim edib ki, İTV-nin öz əməkdaşı Tural Dadaşovla "CBC Sport"dan cəlb olunan Pərviz Musayev hamıdan çox - hərəyə 3 oyunda iş başında olublar. Gündüz Abbaszadə, Əhməd Əliyev, Ramiz Mirzəzadə və Ürfan Məmmədli hərəyə 2, Elnur Məmmədliylə Ramil Cahangirov isə 1 matçı şərh ediblər.    

Musayevin şərh etdiyi oyunlarda əsasən heç-heçə qeydə alınıb. Belə ki, 3 görüşdən 2-də qalib müəyyənləşməyib. Həmkarımızın bu "seriya"sını ötən gecə Braziliya Serbiyaya qalib gəlməklə qırıb. 

Tural Dadaşovun şərh etdiyi matçlar məhsuldarlığı ilə diqqət çəkib. Belə ki, 3 oyunda qapılara 12 qol vurulub. Məhsuldarlıq baxımından ikinci sırada Ramiz Mirzəzadəni vurğulamaq lazım gəlir. Belə ki, o, həm Fransa - Avstraliya, həm də Portuqaliya - Qana matçında 5 qola şahidlik edib. 

Gündüz Abbaszadənin olduğu oyunlarda isə əksinə, minimal nəticələr qeydə alınıb. Həm də qol vuran tərəf mütləq qələbə qazanıb. Belə ki, Niderland Seneqalı 2, Belçika isə Kanadanı 1 cavabsız qolla üstələyib. 

İzləyicilərin Əhməd Əliyevidən "xoşu gəlmir". Bu, şərhçilik mənasında deyil, nəticələr baxımından belədir. Belə ki, onun şərh etdiyi 2 görüşün heç birində qol vurulmayıb. Əslində, Ürfan Məmmədlinin olduğu oyunlar da bu mənada ciddi fərqlənməyib. Onun şərhçisi olduğu 2 qarşılaşmada cəmi 1 qol qeydə alınıb.   

Bu gün mundialda ikinci oyununu şərh edəcək Elnur Məmmədli hələki iş başında olduğu yeganə matçda Argentinanın Səudiyyə Ərəbistanına sürpriz məğlubiyyətinə, Ramil Cahangirov isə İspaniyanın ifasında DÇ-nin ən böyükhesablı qələbəsinə şahid olub. 

20 noyabr Qətər - Ekvador 0:2 (Tural Dadaşov)

21 noyabr  İngiltərə - İran 6:2 (Tural Dadaşov) Seneqal - Niderland 0:2 (Gündüz Abbaszadə) ABŞ - Uels 1:1 (Pərviz Musayev) 

22 noyabr  Argentina - Səudiyyə Ərəbistanı 1:2 (Elnur Məmmədli)  Danimarka - Tunis 0:0 (Əhməd Əliyev) Meksika - Polşa 0:0 (Ürfan Məmmədli)  Fransa - Avstraliya 4:1 (Ramiz Mirzəzadə)

23 noyabr Mərakeş - Xorvatiya 0:0 (Pərviz Musayev) Almaniya - Yaponiya 1:2 (Tural Dadaşov)  İspaniya - Kosta Rika 7:0 (Ramil Cahangirov) Belçika - Kanada 1:0 (Gündüz Abbaszadə)

24 noyabr  İsveçrə - Kamerun 1:0 (Ürfan Məmmədli) Uruqvay - Cənubi Koreya 0:0 (Əhməd Əliyev) Portuqaliya - Qana 3:2 (Ramiz Mirzəzadə)  Braziliya - Serbiya 2:0 (Pərviz Musayev)

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər