DÇ-2022: İlk “qırmızı” və avropalılar üzərində ilk qələbə

DÇ-2022: İlk “qırmızı” və avropalılar üzərində ilk qələbə

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə göstərilib.

Fanat.Az xəbər verir ki, Uels millisinin qapıçısı Ueyn Hennessi İranla matçın 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Hennesi dünya çempionatlarında meydandan qovulan 3-cü qapıçı olub. 1994-də italiyalı Canluka Palyuka Norveçlə, 2010-da isə CAR-lı İtumelenq Kune Uruqvayla görüşlərdə qırmızı vərəqə görmüşdü.

Qeyd edək ki, qarşılaşma Uelsin 0:2 hesablı məğlubiyyəti ilə bitib. Nəticədə İran dünya çempionatları tarixində ilk dəfə Avropa təmsilçisinə qalib gəlib. Bu, həm də cənub qonşularımızın avropalılardan top buraxmadığı ilk matçdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər