Cokoviç daha bir mötəbər yarışdan kənarda qala bilər

Cokoviç daha bir mötəbər yarışdan kənarda qala bilər

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin Fransa Açıq Çempionatında ("Rolan Garros") iştirakına qadağa qoyula bilər.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, buna səbəb onun peyvənd olunmaqdan imtina etməsidir.

Fransanın idman naziri Roksana Marasinyanu bildirib ki, hökumət idmançılardan peyvənd sertifikat tələb etməyi planlaşdırır.

"Rolan Qarros" turniri 16 may - 5 iyunda keçiriləcək.

Qeyd edək ki, Novak Çokoviç "Australian Open"də də iştirak edə bilməyib. Tennisçi turnirə qatılmaq üçün Avstraliyaya getsə də, yanvarın 5-də vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər