"Chess Stars": Rəcəbov Qrişuk və iki qadın şahmatçıya qarşı

"Chess Stars": Rəcəbov Qrişuk və iki qadın şahmatçıya qarşı

Moskvada azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə “Chess Stars” turniri davam edir.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeysterimizlə yanaşı, yarışda Sergey Karyakin, Aleksandr Qrişuk, Sanan Syugirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) çıxış edirlər.

Bu gün daha üç turun görüşləri ilə turnirin rapid bölümünə yekun vurulacaq.

VII tur: Katerina Laqno - Teymur Rəcəbov  VIII tur: Aleksandr Qrişuk - Teymur Rəcəbov IX tur: Teymur Rəcəbov - Aleksandra Qoryaçkina

Hazırda 2,5 xalı olan Teymur turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Artemyev və Sadvani hərəyə 4,5 xalla ilk iki pilləni bölüşürlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər