"Chess Stars": Rəcəbov blitsdə mübarizəyə başlayır

"Chess Stars": Rəcəbov blitsdə mübarizəyə başlayır

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Rusiyanın paytaxtı Moskvada “Chess Stars” turniri davam edir.

Fanat.Az xəbər verir ki, turnirdə üç gün davam edən doqquz turdan ibarət rapid mərhələsinin ardından bu gün blits görüşlərinə start veriləcək. İştirakçılar iki gün ərzində ümumilikdə 18 turda mübarizə aparacaqlar.

Rapidin nəticələrinə görə təcrübəli şahmatçımız 5,5 xalla ikinci yerdədir. 

Xatırladaq ki, yarışda 35 yaşlı qrossmeysterimizlə yanaşı, Vladimir Kramnik, Sergey Karyakin, Ernesto İnarkiyev, Aleksandr Morozeviç, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Katerina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya) və Raunak Sadvani (Hindistan) çıxış edirlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər