"Champions Chess Tour": Karlsen vaxtından əvvəl finalın qalibi oldu

"Champions Chess Tour": Karlsen vaxtından əvvəl finalın qalibi oldu

Şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen vaxtından əvvəl “Champions Chess Tour” seriyasının final turnirinin qalibi olub.

Fanat.Az xəbər verir ki, Karlsen sonuncudan əvvəlki - altıncı turda hindistanlı Rameşbabu Praqqnanandhaya 2,5:0,5 hesabı ilə qalib gəlib.

Beləliklə, 32 yaşlı qrossmeyster xalını 17-yə çatdırıb və ən yaxın izləyicisi, ABŞ təmsilçisi Uesli So (12 xal) üçün əlçatmaz olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər