Canni De Byazinin ayağı Krivotsyuka düşərli oldu

Canni De Byazinin ayağı Krivotsyuka düşərli oldu

Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk bu gün Polşa çempionatında növbəti oyuna çıxıb. 

Fanat.Az xəbər verir ki, ilk 2 turda eyni hesabla (0:1) məğlub olan Plotsk "Visla”sının 3-cü tur çərçivəsində "Radomiak”la görüşündə yenə eyni hesab qeydə alınsa da, müdafiəçimiz bu dəfə qələbəyə sevinib.

Millimizin baş məşqçisi Canni De Byazinin də stadiondan izlədiyi matçda Krivotsyuk start heyətində meydana çıxaraq matçı əvəz olunmadan keçirib.

Qeyd edək ki, bugünkü matçda ilk qol və ilk xal(lar)ın sevincini yaşayan Antonun komandası sonuncu pillədən 13-cü yerə yüksəlib.

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər