Canni De Byazi jurnalistlər önünə çıxacaq

Canni De Byazi jurnalistlər önünə çıxacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən mətbuat konfranslarının və açıq məşqlərin vaxtını təqdim edir:

8 oktyabr

Azərbaycan milli komandası 11:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq  (Dalğa Arena) 17:00. Mətbuat konfransı (Bakı Olimpiya Stadionu)

İrlandiya milli komandası 18:00. Mətbuat konfransı 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər