Canni De Byazi: "Bura qələbə üçün gəlmişdik"

Canni De Byazi: "Bura qələbə üçün gəlmişdik"

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Serbiyada Belarusla üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb.

Oyundan sonra millimizin İtaliyalı çalışdırıcısı ənənəvi mətbuat konfransına qatılıb:

"Oyuna olduqca pozitiv start verdik. Komanda olaraq inkişaf edirik. Qapıya 15 zərbə endirdik, amma təəssüf ki, qol vura bilmədik. Bura qələbə üçün gəlmişdik. Sonda 10 nəfərlə davam etmək çətinlik yaratdı".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər