Böyük Dəbilqə: Hidayətdən tarixi qızıl

Böyük Dəbilqə: Hidayətdən tarixi qızıl

Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Heydərov finalda yerli idmançı Soişi Haşimotoya qalib gəlib.

81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan təmsilçisi Somon Makhmadbekovu yenib.

Qeyd edək ki, Azərbaycan cüdosu tarixində ilk dəfə təmsilçimiz Tokioda fərxi kürsünün ən yüksək mərtəbəsinə qalxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər