"Bütün diqqətimi milliyə yönəldəcəm" - Renat Dadaşov

"Bütün diqqətimi milliyə yönəldəcəm" - Renat Dadaşov

"Qələbə naminə meydanda əməlli-başlı işlədik. Çətin həftələrdən sonra bunu bacara biləcəyimizə inanırdıq. Klubumuzdakı hər kəsə görə şadam. İndi bütün diqqətimi milliyə yönəldəcəyəm".

Fanat.Az İsveçrə mətbuatına istinadən xəbər verir ki,  bunu Azərbaycan millisinin və "Qrasshopper"in hücumçusu Renat Dadaşov deyib.

İsveçrə çempionatının 16-cı turunda "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Komandasının yeganə qolunu vuran Renat yerli mətbuata açıqlamasında yaxşı müdafiə olunduqlarını vurğulayıb: 

"Hər oyuna mümkün qədər yaxşı mübarizə aparmaq üçün çıxırıq. Bu, ən önəmli matçlarımızdan biri idi. Oyunun əhəmiyyətini dərk edirdik. Məncə, bu qarşılaşmaya yaxşı hazırlaşdığımıza görə qələbə qazandıq. Mövsümün ilk yarısında eniş-yoxuşlarımız oldu. Amma indi 20 xal toplamışıq. Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".

Qeyd edək ki, millimiz noyabrın 16-ı Moldova, noyabrın 20-i Şimali Makedoniya yoxlama görüşləri keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər