“Bundan sonra çempionatı düşünəcəyik” - Adil Şükürov

“Bundan sonra çempionatı düşünəcəyik” - Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov ölkə kubokunun 1/8 final mərhələsinin “Sabah”la (3:4) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, yaxşı mübarizə apardıqlarını deyib:

“Komandamız yaxşı mübarizə apardı. Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik.

Məncə, bu gün normal hakimlik oldu. Oyunda bəzən hakimlərlə emosional danışırıq. Hakimlərin böyük səhvi yox idi”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər