"Bugünkü qərb derbisi Tovuz üçün avantajdır" - AÇIQLAMA

"Bugünkü qərb derbisi Tovuz üçün avantajdır" - AÇIQLAMA

Bu gün Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz" öz meydanında Gəncənin "Kəpəz" klubunu qəbul edəcək.

Futbol üzrə Azərbaycan millisinin və "Kəpəz"in sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açqılamasında qərb derbisində kimin daha şanslı olduğu barədə danışıb: 

"Bugünkü oyunda mövcud durumu nəzərə alaraq üstünlüyü "Turan Tovuz"a verirəm. Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov yeni təyin olunub və öz oyun üslubunu "Kəpəz"ə aşılaya bilməyib. Oyun Tovuzda keçirilir. Ayxan Abbasovun yetirmələri güclü azarkeş dəstəyi fonunda oynayacaqlar. Qərb derbisi Tovuz üçün bir avantajdır".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər