"Yuventus"un və İtaliya millisinin sabiq qapıçısı, hazırda "Parma"nın şərəfini qoruyan Canluici Buffon maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Alfredo Pedula onun söylədiklərini belə çatdırıb:
"Kareyramı 55 yaşımda bitirəcəyəmmi? Təxminən belə olacaq. Butslarımı mıxdan asandan sonra isə futbolda qalacağıma 100 faiz əmin deyiləm. Ola bilsin ki, özümü tam başqa sahədə sınayam. Yenilikləri xoşlayıram".
Bu mövsüm "Parma" forması ilə B Seriyasında 26 matça çıxan Buffon 27 qola üzülüb.
Nihat