"Bu, penalti deyildi, çünki..." - Ançelotti hakimlə razılaşmadı

"Bu, penalti deyildi, çünki..." - Ançelotti hakimlə razılaşmadı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 2-ci turunda - "Napoli" ilə səfər oyununda hakimin "Kral klubu"nun qapısına penalti təyin etməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, AS italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:

“Düşünürəm ki, bu, penalti deyildi. Çünki top səkərək Naçonun əlinə toxunmuşdu. Əlbəttə, sən futbolçunun əlini kəsə bilməzsən. Qaydalara görə belə epizodda fit səsləndirmək olmaz”.

Qeyd edək ki, "Napoli" 54-cü dəqiqədə penaltidən qol vurub. Oyun "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər