Cari mövsümün sonunda "Liverpul"dan ayrılacağı bəlli olan Yürgen Klopp milli komandanı çalışdıra bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Almaniya Futbol Assosiasiyası yığmanı sözügedən mütəxəssisə tapşırmaq istəyir.
Xəbərə görə, milli futbol qurumunun idarəçiləri indiki baş məşqçi Yulian Nagelsmannı istefaya göndərməyi, seçməni DÇ-2026-ya məhz Kloppun hazırlamasını arzulayırlar.
Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"un "sükanı arxası"ndadır.